Rusiyanın ən zəngin varisi azərbaycanlıdır

SOSİAL
11:59 19.05.2016
2466
Reytinqdə ümumilikdə 47 övladı olan 20 milyarder yer alıb.
“Forbes” jurnalı Rusiya milyarderlərinin ən zəngin varislərinin reytinqini dərc ediblər. Reytinq tərtib edilərkən atanın sərvətindən bir övladın payına düşən pay nəzərə alınıb. Bunun üçün milyarderlərin sərvəti uşaqların sayına bölünürdü.
Siyahıya Yusif Ələkbərov birinci olub.
O, LUKOIL şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğludur, onun payına 8,9 milyard dollar düşür (jurnal onun atasını sərvətini belə qiymətləndirib).
Yusif Ələkbərov 1990-cı ildə anadan olub, 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına neft və qaz RDU-nu bitirib.
2013-cü ildə “Bolşoy dozor” proqramında (“Vedomosti” qəzeti və “Exo Moskvı” radiostansiyasının birgə layihəsi) Vahid Ələkbərov oğlunun Qərbi Sibirdə işlədiyini bildirib.
“O, fəhlə idi, indisə texnoloqdur. O, bu yolu keçəcək, sonra isə öz taleyini özü seçər”, - milyarder deyib.
Ələkbərov oğlunu özünə əvəz hazırlamadığını deyib.
“Mən artıq səhmlərimin, hətta həyatdan getdiyimdən sonra da bölünməz olaraq qalmasının qayğısına qalmışam. Səhmlər paketimin şirkətin sabitliyini uzun illər təmin edəcək və mənim oğlumun onu parçalamaq və ya satmaq hüququ olmayacaq”, - o deyib.
“Forbes”in dəyərləndirmələrinə görə, Rusiyada 77 dollar milyarderi var, onların ümumilikdə 243 övladı var. Reytinqdə ümumilikdə 47 övladı olan 20 milyarder yer alıb.
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər