Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub, bir nəfər ölüb

Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub, bir nəfər ölüb
DÜNYA
22:14 13.05.2022
449
Ermənistanda Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının yerləşdiyi Şirak rayonunda partlayış olub.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Kamxut dağ silsiləsinə yaxın ərazidəki poliqonda baş vermiş partlayış nəticəsində bir nəfər çoban ölüb.

Məlumata görə, partlayış saat 15:30 radələrində baş verib.

Hərbi bazanın komandanlığı bildirir ki, həmin vaxt poliqonda heç bir təlim olmayıb.
OXŞAR XƏBƏRLƏR