Rusiyanın hava hücumu zamanı uşaq dünyaya gəldi

Rusiyanın hava hücumu zamanı uşaq dünyaya gəldi
DÜNYA
13:50 01.03.2022
247
Ukraynanın Volın şəhərinə hava hücumu zamanı uşaq dünyaya gəlib.
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Volında Novovolınsk xəstəxanasının sığınacağında oğlan uşağı dünyaya gəlib.
 
Körpənin valideynləri Kiyevdən olan mühacirlərdir. Körpə fevralın 28-də saat 23:15-də dünyaya gəlib. "Müharibə uşaqları. Həyat dayanmır! Sığınacaqlarda balaca ukraynalılar peyda olur! Yeni doğulmuş müdafiəçimizlə tanış olun - 3550 q, 55 sm. Bütün Ukraynada, Volında da həyəcan siqnalları eşidilir. Amma atəş zamanı belə həyat dayanmır! Arzu edirik ki, sülh olsun”, - deyə Novovolınsk şəhər xəstəxanasının "Facebook” səhifəsində qeyd edilib.
 
Aydın Nuri
 

OXŞAR XƏBƏRLƏR