Rusiyanın Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında yazıb.
O, əhaliyə çağırış edib: "Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan, pəncərələrsiz otaqlarda sığınmaq lazımdır”.
Qubernator bayırda olan sakinlərə təhlükəsiz yerə keçməyi tövsiyə edib.
13:14
Rusiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 63 nəfər ölüb.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rəsmi qurumlar məlumatı hələ ki təsdiqləməyib.
13:06
Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
"Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir.
Hadisənin səbəbi və nəticələri araşdırılır.
Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.