"Rusiyadan hibrid təhdidlərin formatlandığı koqnitiv müharibə ilə üz-üzəyik”

"Rusiyadan hibrid təhdidlərin formatlandığı koqnitiv müharibə ilə üz-üzəyik”
SİYASƏT
17:32 19.02.2026
308
Son günlər sosial mediada Azərbaycan və xüsusilə Prezident İlham Əliyev və onun ailəsi əleyhinə çirkli kampaniyalar aparılır. Bu proses Rusiya tərəfindən planlı şəkildə həyata keçirilən hibrid təsir və informasiya hücumlarının bir hissəsi kimi qiymətləndirilir.

Xüsusilə, xaricdə fəaliyyət göstərən blogerlər Mehman Hüseynov və Emin Hüseynov vasitəsilə yayılan bəyanatlar,  Rusiya təsiri altında və onun informasiya strategiyalarını əks etdirən çıxışlar kimi dəyərləndirilir. 

Hazırkı vəziyyət göstərir ki, rəsmi diplomatik münasibətlər davam etsə də, sosial media və beynəlxalq platformalarda Kreml tərəfindən aparılan kampaniyalar iki ölkə arasında münasibətlərinin ümumi fonuna təsirsiz ötüşmür. 

Politoloq Yeganə Hacıyeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, Rusiyanın bu addımları təsadüfi deyil:

"ABŞ-lə siyasi yaxınlaşma fonunda Azərbaycan Prezidenti İlham Əliyev və ailəsinin hədəfə alınması təsadüfi deyil.  Bu, asimmetrik informasiya əməliyyatının tərkib hissəsidir.
İlkin mərhələdə Rusiya kəşfiyatı daxili şəbəkəsi ilə əməliyyat qurub. Daha sonra əldə edilən məlumatlar ailə üzvü vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olmuş müxalif mövqeli bloger vasitəsilə ictimaiyyətə ötürülüb. Bu seçim təsadüfi deyil və məqsəd məlumatın mənbəyi ilə bağlı diqqəti yayındırmaqdır”.

Y. Hacıyeva qeyd edib ki, məlumatların yayılması mərhələsində koordinasiyalı media resurslarının fəaliyyəti də müşahidə olunur:

"Bu cür kampaniyalarda troll şəbəkələri və əlaqəli media infrastrukturu əsas rol oynayır.
Keçmişdə Priqojinin ( indi Kremlin ) troll media infrastrukturuna da bohtanları tirajlamaq tapşırılıb.  Ölkə daxilində ictimai-siyasi agenturası da açıqlamaları ilə daxildə  sinxron oynayır və əməliyatın "hədəfini” ən yüksək səviyyədə  təsdiqləyir”.

Politoloq qeyd edib ki, prezident ailəsinin bu səviyyədə hədəfə gətirilməsi istənilən siyasi sistem üçün kritik hədd hesab olunur:

"Prezident ailəsinin mediada bu səviyyədə hədəfə  gətirilməsi, özünü qoruma instininkti mövcud olan  istənilən sistem üçün qırmızı xətdir. Dövlət başçısının ailəsinin informasiya hücumuna məruz qalması artıq siyasi deyil, sistem təhlükəsizliyi məsələsidir”.

O bildirib ki, sosial şəbəkələr siyasi məqsədlər üçün istifadə olunur:

"Süni intellekt modelləri ilə aparılan manipulyativ təbliğatın cəmiyyətlərin müxtəlif təbəqələrinə təsiri hər gün artmaqdadır. Buna görə də strateji kommunikasiya sahəsində yeni yanaşma qurmaq hökumətlərin qarşısında duran prioritet məsələdəndir. Gündəlik ünsiyyət üçün istifadə etdiyimiz şəbəkələrin hər gün daha çox siyasi və hətta geosiyasi məqsədlərə nail olmaq məqsədilə alqoritmlərlə proqramlaşdırılmasını izləməkdəyik. Kənardan idarə olunan bu müstəvilərdə hökumətlərlə cəmiyyətlər arasında etibar və güvən mühiti sıradan çıxarılır. Əvvəlki illərdə hibrid üsullara adaptasiya olunan cəmiyyətlər indi daha ciddi risklərlə üz-üzədirlər. Çünki milli maraqlar və prinsiplərin üstünlüyünün alqoritmlərlə qoruyub saxlanılmalı olduğu dövrə qədəm qoymuşuq”.

"Qlobal güc dinamikasının hər gün gərginləşdiyi regionumuzda rusiyanın hibrid təhdidlərin formatlandığı, siyasi biliklər, hərbi strategiya, psixologiya, hətta fəlsəfəni bir araya gətirən, bütün bunları ənənəvi hərbi və kəşfiyyat imkanlarına inteqrasiya edən koqnitiv müharibə ilə üz-üzəyik”,- deyə politoloq bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR