Rusiyanın Kontinental Hokkey Liqası (KHL) klubları ötən mövsümün nəticələrinə görə rekord məbləğ - təxminən 2 milyard rubl qazanacaqlar.
Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
2023/2024 mövsümünün nəticələrinə görə klublar 1 milyard 175 milyon rubl əldə ediblər. Ödənişlərin formalaşdırılması bazasını TV və mərc hüquqlarının satışından əldə edilən gəlirlər, qumar oyunlarından ödənişlər və liqa tərəfindən ayrılmış vəsaitlər təşkil edir.
Vəsaitlərin 30 faizi idman nailiyyətlərinə görə klublar arasında proporsional şəkildə bölüşdürülür. Qalan 70 faiz isə digər göstəricilər üzrə klublara paylanılır.
Qeyd edək ki, gəlirlərin klublar arasında bölüşdürülməsi təcrübəsi KHL tərəfindən 2014/2015 mövsümündə başlanıb.