Rusiyanın iki tankı və bir piyada döyüş maşını məhv edilib - FOTO

Rusiyanın iki tankı və bir piyada döyüş maşını məhv edilib - FOTO
SİYASƏT
12:28 25.02.2022
580
Ukraynanın Birləşmiş Qüvvələr Komandanlığı hərbi əməliyyatlar zonasında baş verən son hadisələr barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya qoşunlarının zirehli texnikası Tryoxizbenka qəsəbəsi ərazisində Ukrayna qoşunlarının müdafiəsini yarmağa çalışıb.

Ukrayna əsgərləri Rusiyanın 2 tankını və 1 piyada döyüş maşınını məhv edərək düşməni geri çəkilməyə məcbur ediblər.

"Birləşmiş Qüvvələr Komandanlığı öz mövqelərini inamla müdafiə edir” – məlumatda vurğulanır.
 

OXŞAR XƏBƏRLƏR