Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına İsrail-Həmas münaqişəsi ilə bağlı atəşkəs və humanitar yardım təklif edən qətnamə layihəsi təqdim edib.
AZXEBER.COM-un "Reuters”ə istinadən xəbərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasına İsrail-Həmas münaqişəsi ilə bağlı humanitar atəşkəs tələb edən, mülki şəxslərə qarşı zorakılığı və bütün terror aktlarını pisləyən qətnamə layihəsi təklif edib.
Bir səhifəlik qətnamə layihəsində girovların azad edilməsi, humanitar yardımların əldə edilməsi və ehtiyacı olan mülki şəxslərin təhlükəsiz təxliyəsi tələb olunur.
Diplomatlar bildiriblər ki, mətn İsrail-Həmas münaqişəsi ilə bağlı keçirilən görüş zamanı 15 üzvdən ibarət şuraya verilib.
Ayşən