"Rusiyanın itkiləri Ukraynanın itkilərindən 10 dəfə azdır”.
Bu sözləri, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika İqtisadi və Humanitar Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin son hücumu nəticəsində 200-dən çox hərbçisini itirib.
Putin həmçinin son günlərdə döyüşlərin intensivləşdiyini də vurğulayıb:
Onun sözlərinə görə, Ukrayna ordusunun əsas zərbələri Zaporojye vilayəti istiqamətindədir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu isə bu il iyunun əvvəlində əks-hücum əməliyyatına keçib.