Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko "Telegram" kanalında bildirib.
"Həkimlərin məlumatına görə, Rusiyanın paytaxta kütləvi hücumu nəticəsində artıq 15 nəfər həlak olub", - o qeyd edib.











































