Rusiyanın Kiyevə zərbələri nəticəsində nə qədər insan ölüb?

Rusiyanın Kiyevə zərbələri nəticəsində nə qədər insan ölüb?
DÜNYA
16:27 18.03.2022
464
"Rusiya qoşunlarının Kiyevə genişmiqyaslı hücumları başlayandan bəri 222 nəfər, o cümlədən 4-ü uşaq olmaqla 60 mülki şəxs həlak olub". 

AZXEBER.COM xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik brifinqdə bildirib.

"Bütün bu müddət ərzində şəhərdə 889 nəfər yaralanıb, onlardan 241-i mülki şəxsdir. O cümlədən: 18 uşaq yaralanıb, üç təcili tibbi yardım maşını sürücüsü, bir təcili yardım həkimi də yaralıdır" deyə o bildirib. 

Bundan başqa, 36 ev, 5 şəxsi mülk, 6 məktəb və 4 uşaq bağçasına ziyan dəyib. 55 evin fasadları, eyvanları və pəncərələri zədələnib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR