Rusiyanın kosmik gəmisi Aya ziyan vurdu

Rusiyanın kosmik gəmisi Aya ziyan vurdu
DÜNYA
17:34 01.09.2023
311
Rusiyanın Ayda uğursuz səfərinin səbəb olduğu dağıntılar məlum olub. 

AZXEBER.COM xəbər verir ki, Rusiya "Luna-25" kosmik gəmisini 47 il sonra Aya göndərib, lakin avqustun 19-da kosmik gəmi nəzarətdən çıxıb və Aya çırpılıb.

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) paylaşdığı görüntülərdə Luna-25-in Aya düşməsi nəticəsində yaranan dağıntı üzə çıxıb.

NASA-nın LRO vasitəsindən əldə edilən görüntülərdə kosmik gəminin qəzaya uğramasından sonra 10 metr enində kraterin əmələ gəldiyi görülür.

Ayşən
OXŞAR XƏBƏRLƏR