Rusiyanın məşhur media rəhbərlərinin aktivləri donduruldu - ADLAR

Rusiyanın məşhur media rəhbərlərinin aktivləri donduruldu - ADLAR
DÜNYA
16:36 09.04.2022
378
Avropa İttifaqı (Aİ) Rusiyanın məşhur media qurumlarının rəhbərlərinə sanksiya tətbiq edib.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Avropanın "Rəsmi Qəzet"ində dərc olunub.

Siyahıda TASS agentliyinin baş direktoru Sergey Mixaylov, "Moskovskiy komsomoles" qəzetinin baş redaktoru Pavel Qusev və digərlərinin adları yer alır.

Qərara görə, adları siyahıda yer alan şəxslərin Avropadakı aktivləri dondurulur, onların İttifaq ərazisinə girişi qadağan edilir.
OXŞAR XƏBƏRLƏR