Rusiyanın neft ixracı azalacaq - bundan sonra...

Rusiyanın neft ixracı azalacaq - bundan sonra...
DÜNYA
12:28 04.11.2023
164
Rusiya Energetika Nazirliyi neft və neft məhsullarının ixracının may-iyun dövrünün orta göstəricisi ilə müqayisədə noyabrda sutkada 300 min bareldən çox azalacağını bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna müharibəsi Rusiyanı Qərbin iqtisadi sanksiyaları ilə üz-üzə qoyub.

Rusiya Energetika Nazirliyindən verilən açıqlamada vurğulanıb ki, Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan neft hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun atdığı könüllü addımlarda tam şəkildə iştirak etməkdə davam edir.

Açıqlamada Rusiyanın qlobal neft bazarını sabitləşdirmək üçün neft və neft məhsulları tədarükünü azaltmağa davam etdiyi bildirilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR