Rusiyanın paralimpiya çempionu cəzalandırılıb, nəticələri ləğv edilib

Rusiyanın paralimpiya çempionu cəzalandırılıb, nəticələri ləğv edilib
DÜNYA
15:44 27.03.2025
355
2014-cü ildə Soçidəki Qış Paralimpiya Oyunlarında çempion olan rusiyalı Nikolay Poluxin diskvalifikasiya edilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) mətbuat xidməti məlumat yayıb.

İdmançı antidopinq qaydalarını pozduğuna görə cəzalanıb. Onun 2014-cü ildə olimpiadada əldə etdiyi bütün nəticələri ləğv olunub.

Qeyd edək ki, hazırda 42 yaşı olan Nikolay Poluxin 2014-cü ildəki paralimpiadada xizəklə qarışıq estafetdə qızıl, biatlonda isə iki gümüş medal qazanmışdı. O, 2010-cu ildəki Qış Paralimpiya Oyunlarında da qızıl, bürünc və dörd gümüş mükafat əldə etmişdi.
OXŞAR XƏBƏRLƏR