Rusiyanın qadağalarından sonra Paşinyan: “Pulunuzu verəcəm”

Rusiyanın qadağalarından sonra Paşinyan: “Pulunuzu verəcəm”
DÜNYA
12:28 02.06.2026
297
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi idxal məhdudiyyətləri səbəbindən məhsullarını ixrac edə bilməyən fermerlərin zərərinin kompensasiya ediləcəyini açıqlayıb.

AZXEBER.COM Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə o, seçkiqabağı görüşlərin birində çıxış edib.

"Bibər xarab olsa, mən onun pulunu ödəyəcəyəm, hökumət ödəyəcək. Amma bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də ixrac artacaq”, – deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Rusiyaya ixrac zamanı yaranan bütün "ədalətsiz maneələr” səbəbindən zərər çəkən fermerlərə subsidiya veriləcək.

Bununla yanaşı, Paşinyan etiraf edib ki, bəzən erməni istehsalçıların göndərdiyi məhsullar arasında keyfiyyət standartlarına cavab verməyənlər də olur.
Xatırladaq ki, Rusiyanın kənd təsərrüfatı nəzarət qurumu "Rosselxoznadzor” mayın sonunda Ermənistandan bəzi tərəvəz və giləmeyvə məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. Qadağa pomidor, xiyar, bibər, göyərti və çiyələyi əhatə edir. Rusiya tərəfi qərarı fitosanitar qaydaların pozulması və məhsulların təhlükəsizliyi ilə bağlı narahatlıqlarla əsaslandırıb.

Bu addım son günlər Moskva ilə İrəvan arasında artan siyasi və iqtisadi gərginlik fonunda atılıb.
OXŞAR XƏBƏRLƏR