Azərbaycanın paytaxtı Bakıda Rusiya estradasının ulduzu Sati Kazanovanın konserti keçiriləcək.
Gün.Az-ın verdiyi xəbərə görə, konsert avqustun 30-u Xəzər dənizi sahilində yerləşən “Sea Breeze” otelində baş tutacaq. Xatırladaq ki, Rusiyanın seks simvolu, “Fabrika” qrupunun keçmiş üzvü olan, sonradan sola karyera başlayan Sati Kazanova bu haqda keçən bazar günü rəsmi saytında və sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat yayıb. 2010-cu ildə solo karyeraya başlayan müğənni həm qrup, həm də solo karyerası zamanı azərbaycanlı dinləyicilər arasında tanınırdı. Rusiyalı müğənni Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını öz repertuarına daxil etdikdən və Azərbaycan dilində ifasından sonra onun məşhurluğu daha da artdı.