“Rusiyanın sonuncu çirkin əməlləri cavabsız qalmayacaq” - Deputat

“Rusiyanın sonuncu çirkin əməlləri cavabsız qalmayacaq” - Deputat
SİYASƏT
15:46 19.08.2025
332
"Rusiyanın güc strukturlarının orada yaşayan azərbaycanlılara qarşı etdikləri vəhşilik və həbslər ilk növbədə bizə təzyiq niyyəti daşıyır. Amma eyni zamanda o dövlətin mahiyyətini də ortaya qoyur”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev Rusiyanın azərbaycanlılara qarşı təzyiq göstərməsinə, onların milli ayrı-seçkiliyə məruz qalmasından danışarkən deyib.

Deputat qeyd edib ki, Rusiya öz vətəndaşlarından öncə orada yaşayan vətəndaşlara qarşı ksenofob hərəkətlər nümayiş etdirir:

"Paradoksal görünəcək, amma məsələ burasındadır ki, Rusiyada imperiya mərəzindən qurtulmaq istəmədikləri halda imperiya olaraq qalmalarına böyük zərbə vuran addımlar atmaqdan da çəkinmirlər. Öz vətəndaşları olan, ruslardan əvvəl o torpaqlarda yaşayan xalqların təmsilçilərinə yanaşmada da ksenofob davranışlar görurük. Bu da onlardakı aşağılıq kompleksindən irəli gəlir. Konkret olaraq bizim soydaşlarımızın sıxısdırılmasına gəldikdə, burada öz vətənlərinə bağlı olanları cəzalandırmaqla yanaşı başqa bir məkrli niyyət də var ki, digər azərbaycanlı  iş  adamlarının gözləri qorxsun və oradakı bəlli strukturların təlimatına uyğun hərəkət etsinlər. Yəni Solovyov kimi ünsürlərə dedirtdiklərindən də bəllidir ki, onların istədikləri azərbaycanlıları da Rusiyadakı haylar sayaq öz dövlətlərinin əleyhinə yönəltməkdir”.

Parlamentari bildirib ki, Rusiyanın SOCAR-ın yanacaq infrastrukturuna zərbə vurması, eyni zamanda həmyerlilərimizə etdikləri cavabsız qalmayacaq:

"Rusiyanın nə bu hərəkəti, nə də SOCAR-ın Ukraynadakı yanacaq infrastrukturuna endirilən zərbə təbii ki, cavabsız qalmayacaq. Yeri gəlmişkən, məncə, sonuncu yaramazlıq, yəni SOCAR-ın Odessadakı neft bazasına endirilən zərbə cənab Trampın bizim regionda dayanıqlı sülh yaratmaq planına Kremldəkilərin özlərinə xas şəkildə cavabıdır. Ümid etmək istərdim ki, Vaşinqton da təcriddən çıxacağı halda daha da azğınlaşacağını gizlətməyən Rusiyanın bu həddini aşmasıyla bağlı gərəkən addımlar atacaq”.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR