Rusiyanın strateji raket bazasında PARTLAYIŞ

Rusiyanın strateji raket bazasında PARTLAYIŞ
DÜNYA
22:22 28.11.2025
85
Rusiyanın Orenburq bölgəsindəki raket bazasında partlayış baş verib. Səmada bənövşəyi tüstü buludu yaranıb.

Yasnı şəhərinin sakinləri partlayışı raketin buraxılışı zamanı baş verən qəza ilə əlaqələndiriblər. Şahidlərin sözlərinə görə, raket havada parçalanıb.

Vahid Dispetçer Xidməti təxliyəyə ehtiyac olmadığını bildirib. Qurum insanlar üçün heç bir təhlükə olmadığını bəyan edib.

Qeyd edək ki, Yasnı şəhəri Rusiyada strateji raket qüvvələri bazasının yerləşdiyi azsaylı yerlərdən biridir. Buradan nüvə başlığı daşıya bilən raketlər də daxil olmaqla, uzunmənzilli raketlərin buraxılışı həyata keçirilə bilər.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR