Rusiyanın "Su-25" qırıcısı vuruldu

Rusiyanın "Su-25" qırıcısı vuruldu
DÜNYA
15:07 04.03.2022
679
Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın "Su-25" qırıcı təyyarəsini vurublar.

AZXEBER.COM "report"-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

"Bu gün, martın 4-də Ukrayna Hava Hücumundan Müdafiə Birliyinin Qüvvələri Volnovaxa şəhəri səmasında düşmənin "Su-25" qırıcısını vurub. Bu təyyarə dinc sakinlərin yaşayış binalarını və mülki infrastrukturları bombalayırdı. Qırıcının pilotu katapult edib. Onun axtarışı davam edir", - deyə məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR