Rusiyanın tanınmış sənətçiləri Ukraynaya görə Putinə etiraz etdillər

Rusiyanın tanınmış sənətçiləri Ukraynaya görə Putinə etiraz etdillər
DÜNYA
14:36 13.03.2014
1061
Rusiyanın bir qrup sənətçisinin Ukraynaya hərbi müdaxiləni dəstəkləməsindən sonra ölkənin bir sıra tanınmış incəsənət xadimləri əks mövqe nümayiş etdiriblər.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxilə məsələsində prezident Vladimir Putini dəstəkləyən məşhur simalar bu məqsədlə xüsusi bəyanat yayıblar.
Rusiya prezidentini dəstəkləyən bəyanatı Mixail Boyarski, Sergey Bezrukov, Fyodr Bondarçuk, Vasili Lanovoy, Stanislav Qovoruxin, Boris Qraçevski, Lev Leşenko, Oleq Qazmanov və digər məşhur xadimlər imzalayıblar.
Bu mövqeyə etiraz edən Rusiyanın başqa bir qrup tanınmış sənətçisi isə Rusiyanın Ukrayna siyasətini işğalçılıq adlandıraraq cavab bəyanatı ilə çıxış ediblər.
Ukraynaya dəstək bəyanatını imzalayanların sırasında Liya Axedjakova, Oleq Basilaşvili, Eldar Ryazanov, Mixail Jvanetski, Mark Zaxarov, Qalina Volçek, Aleksandr Baluyev, Aleksandr Rozenbaum, Leonid Kuravlyov, Nataliya Fateyeva, Valentin Qaft, Armen Ciqarxanyan və digərləri yer alıb.
OXŞAR XƏBƏRLƏR