Rusiyanın təhsil nazirinin müavini təyyarədə dünyasını dəyişdi

Rusiyanın təhsil nazirinin müavini təyyarədə dünyasını dəyişdi
DÜNYA
14:28 22.05.2023
175
 
Rusiya təhsil nazirinin müavini Pyotr Kuçerenko təyyarədə dünyasını dəyişib.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Kubaya rəsmi səfərlə bağlı nümayəndə heyəti ilə görüşlər keçirən Rusiya təhsil və elm nazirinin müavini Pyotr Kuçerenko qayıdış zamanı təyyarədə halı pisləşib.

Uçuş heyətinin müdaxilə etdiyi rus bürokrat dünyasını dəyişib.

Qeyd edək ki, Rusiyaya endikdən sonra təyyarədən cansız bədəni çıxarılan 46 yaşlı Kuçerenkonun ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR