Rusiyanın Türkiyədəki axtarış-xilasetmə işləri sona çatdı

Rusiyanın Türkiyədəki axtarış-xilasetmə işləri sona çatdı
DÜNYA
16:30 14.02.2023
213
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Türkiyə və Suriyada Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrdə Rusiya axtarış-xilasetmə qruplarının işlərini yekunlaşdırdığını bildirib.

AZXEBER.COM xəbər verir ki, Kurenkov zəlzələ bölgəsində axtarış-xilasetmə qrupları ilə söhbətində zəlzələdən zərər çəkmiş Türkiyə və Suriyadakı insanlara yardıma gələn ilk ölkələrdən birinin Rusiya olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya qruplarının ən qısa zamanda zəlzələ bölgəsinə göndərildiyini qeyd edən Kurenkov qrupların zəlzələ günü olan fevralın 6-dan ən çətin bölgələrdə axtarış-xilasetmə işlərinə başladığını bildirib.

Aralarında psixoloqlar və xüsusi təlim keçmiş itlərin də olduğu 200 nəfərlik bir qrupun Türkiyə və Suriyada çalışdığını ifadə edən Kurenkov araşdırmalarla bağlı daim Putinə hesabat verdiyini bildirib.

Kurenkov Belarus və Qırğızıstan komandaları ilə birgə iş aparıldığı barədə də məlumat verib.

Türkiyədəki Rusiya qrupları Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfəri xilas etdiklərini, 830 yaralıya kömək etdiklərini bildiriblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin sosial media hesabından edilən açıqlamada Türkiyədəki qrupların 740 kubmetr dağıntı topladığı, 8400 kubmetr dağıntını tikinti maşını ilə çıxardığı qeyd edilib.

Bildirilib ki, Rusiya Fövqəladə Hallar Nazirliyi "İl-76” model təyyarəsi ilə Türkiyəyə 36 ton, Suriyaya isə 70 ton humanitar yardım çatdırıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR