Rusiyanın Kazan, Orenburq və Ulyanovsk hava limanları təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər qoyub.
AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
"Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır", - agentliyin sözçüsü yazıb.








































