Rusiyanın Ukraynada 15 maddəlik sülh planı açıqlandı: Putin bunları istəyir

Rusiyanın Ukraynada 15 maddəlik sülh planı açıqlandı: Putin bunları istəyir
DÜNYA
16:07 18.03.2022
1526
İngiltərə mətbuatı Rusiya və Ukrayna arasında 15 maddəlik sülh planının hazırlandığını iddia edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın neytrallığını bəyan edəcəyi və ordusundakı məhdudiyyətləri qəbul edəcəyi təqdirdə Rusiyanın geri çəkilməsini nəzərdə tutan 15 bəndlik plan iddiasına Kremlin cavabı gecikməyib.
 
"Orada düzgün məqamlar var, lakin onların heç də hamısı düzgün deyil", - bəyanatda deyilir.
 
İngiltərənin məşhur "Financial Times" qəzeti Rusiya-Ukrayna danışıqlarında müqavilə layihəsi olduğu iddia edilən 15 bəndlik mətn paylaşıb.
 
Qəzetə danışan ukraynalı və rusiyalı politoloqlar bazar ertəsi ilk dəfə olaraq təklif olunan sazişi tam şəkildə müzakirə ediblər.
 
Onlar 15 bənddən ibarət layihədə Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsini və ABŞ, İngiltərə və Türkiyə kimi müttəfiqlərin müdafiəsi müqabilində xarici hərbi bazalara və ya silahlara ev sahibliyi etməyəcəyinə söz verdiyini iddia ediblər.
 
Bununla belə, Qərbin Ukraynanın təhlükəsizliyinə zəmanət verməsi və onların Moskva tərəfindən məqbul olması, 2014-cü ildə Rusiya tərəfindən zəbt edilmiş ölkə ərazisinin statusu kimi məsələlərin razılaşmaya böyük maneə yarada biləcəyi irəli sürülüb.
 
Moskva və Kiyev razılaşmanın şərtlərində irəliləyiş əldə etdiklərini desələr də, bəzi Ukrayna rəsmiləri Rusiya prezidenti Vladimir Putinin hücumlarını davam etdirmək üçün vaxt qazana biləcəyindən narahatdırlar.
 
Bəzi mənbələr vəziyyətə şübhə ilə yanaşdığını bildirir və deyir: "Bunun hiylə və illüziya ola biləcəyi ehtimalı var. Onlar hər şey haqqında yalan danışırlar. Zelenskinin baş müşaviri Mixailo Podolyak Financial Times-a bildirib ki, layihə fevralın 24-də işğal başlayandan bəri ələ keçirilən bütün Ukrayna ərazilərindən rus qoşunlarının çıxarılmasını, bura Qara dəniz regionu, Kiyevin şərq və şimalındakı yerləri əhatə edir.
 
Danışıqlar barədə məlumat verən Podolyak bildirib ki, təklif olunan saziş qəbul olunarsa, hər iki tərəfə müharibədə qələbəni elan etmək üçün etibarlı yol təqdim edilə bilər.
 
Putinin mətbuat katibi Dmitri Peskov isə çərşənbə günü jurnalistlərə bildirib ki, Ukrayna üçün Avstriya və ya İsveçin statusu ilə bağlı neytrallığa əsaslanan razılaşma mümkündür. "Hazırda bu variant müzakirə olunur və neytral hesab edilə bilər”, - Peskov bildirib.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR