Rusiyanın Ukraynaya kiberhücumlarının sayı açıqlandı

Rusiyanın Ukraynaya kiberhücumlarının sayı açıqlandı
DÜNYA
17:49 28.04.2022
465
Microsoft Rusiyanın Ukraynaya kiberhücumlarını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti "Microsoft” rusiyalı hakerlərin Ukraynaya qarşı hərbi əməliyyatlarla birgə hücumlar həyata keçirdiyini bildirib. Kiber əməliyyatların hələ 2021-ci ilin mart ayından başladığı vurğulanıb.

Rusiya hərbi qüvvələrinin Ukraynaya hücumu zamanı ən azı 6 ayrı-ayrı rusiyalı haker qrupunun dağıdıcı kiberhücumlar həyata keçirdiyinə diqqət çəkən hesabatda hakerlərin müxtəlif casusluq və kəşfiyyat fəaliyyətləri ilə məşğul olduğu da qeyd edilib.

Hesabatda deyilir ki, fevralın 23-dən aprelin 8-dək Ukraynada onlarla təşkilatın yüzlərlə sistemindəki faylları birdəfəlik məhv edən 40-a yaxın dağıdıcı hücuma dair sübutlar görülüb.

Bildirilib ki, dağıdıcı hücumların 40 faizindən çoxu kritik infrastruktur sektorlarındakı təşkilatlara, 32 faiz isə birbaşa Ukrayna dövlət qurumlarına yönəlib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR