Rusiyanın Xarkova hücumu nəticəsində yaralıların sayı 30-a çatıb

Rusiyanın Xarkova hücumu nəticəsində yaralıların sayı 30-a çatıb
DÜNYA
20:33 02.01.2026
119
Xarkovda yaşayış binasına endirilən ballistik zərbədən sonra yaralıların sayı kəskin artıb.

Bu barədə Xarkov şəhər meri İqor Terexov "Telegram” kanalında məlumat paylaşıb.

Şəhər rəhbərinin son açıqlamasına görə, Xarkovun Kiyev rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində 30 nəfər yaralanıb.

"Hazırda 30 yaralının olduğu məlumdur”, – deyə İqor Terexov bildirib. 

/APA
OXŞAR XƏBƏRLƏR