Rusiyanın Zaporojye şəhərinə hücumu nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Zaporojye şəhərinə hücumu nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb
11:08 05.10.2025
181
Oktyabrın 5-nə keçən gecə Rusiya Zaporojye şəhərinə hava zərbələri endirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqramda bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Zaporojyeyə qarşı düşmən hücumu nəticəsində tibbi yardıma ehtiyacı olan insanların sayı artıb. Hadisə yerlərində təcili yardım briqadaları işləyir. Yaralılara zəruri tibbi yardım göstərilir", – deyə o əlavə edib.

O əlavə edib ki, yaralananlar arasında 16 yaşlı qız da var.
 
\"Report"
OXŞAR XƏBƏRLƏR