Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul oluna bilər

Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul oluna bilər
DÜNYA
21:24 11.06.2025
724
Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul edilə bilər.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.

"Biz Avropa İttifaqında növbəti sanksiyalar paketi üzərində işi sürətləndirəcəyik. Deyə bilərəm ki, dünən Avropa Komissiyası 18-ci sanksiyalar paketi ilə bağlı təkliflər təqdim etdiyinə görə minnətdaram. Və hər şey plana uyğun getsə, gələn həftə qəbul olunacaq.", - Merz deyib.

Almaniya kansleri həmçinin bildirib ki, Rusiya Atlantik okeanının hər iki tərəfində təhlükəsizliyə təhdid yaradır.
OXŞAR XƏBƏRLƏR