Rusiyaya qarşı yeni qadağa - BU GECƏDƏN BAŞLAYACAQ...

Rusiyaya qarşı yeni qadağa - BU GECƏDƏN BAŞLAYACAQ...
DÜNYA
23:20 10.08.2022
844
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi daş kömür embarqosu bu gecə qüvvəyə minəcək.

AZXEBER.COM Bizim.media-ya istinadən xəbər verir ki, Avropa vaxtı ilə saat 00.00-da qüvvəyə minəcək embarqo Rusiyaya qarşı 5-ci sanksiyalar paketinə daxil edilib.

Apreldə qəbul edilmiş sənəd 120 gün sonra qüvvəyə minib.

Rusiyada hasil edilən, bu ölkənin ixrac etdiyi daş kömür və digər bərk yanacaqların Aİ ərazisinə gətirilməsi qadağan edilib.

Qeyd edək ki, Aİ ötən il Rusiyadan 4 milyard avroluq daş kömür idxal edib.
OXŞAR XƏBƏRLƏR