Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanır

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanır
DÜNYA
23:32 11.08.2025
190
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işə başlayacaq.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

"Rusiya tam və qeyd-şərtsiz atəşkəsə razı olmadığına görə, biz heç bir güzəşti belə müzakirə etməməliyik”,- o vurğulayıb.

Kallas Moskvaya qarşı ardıcıl addımlar atmağa çağırıb və qeyd edib ki, ilk növbədə atəşi dayandırmaq və etibarlı monitorinq sistemini təmin etmək və ciddi təhlükəsizlik zəmanətləri lazımdır.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların ləğvi Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirilməlidir.

/report
OXŞAR XƏBƏRLƏR