Rusiya Krımda yerləşdirdiyi qoşunları kazarmalara qaytarmasa, ondan silah satmaq qadağan ediləcək.ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri martın 3-də Brüsseldə keçirilmiş görüşdə Rusiyaya mümkün təsir etmə tədbirlərinin siyahısını müzakirə edərkən bildiriblər. Sənəddə silah embarqosu ilə bağlı bildirilib ki, bu, tərəflərin dinc yolla razılığa gələ bilməməsi şəraitində tətbiq ediləcək.Rusiya 2011-ci ildə Fransadan «Mistral» helikopter daşıyıcıları almaq barədə saziş imzalayıb. Müqavilənin ümumi dəyəri 1 milyard dollardan çoxdur. Bu cür ilk gəminin Rusiyaya 2014-cü ildə gətirilməsi düşünülür.