Bu gün futbol üzrə Rusiya premyer-liqasında 25-ci tura start veriləcək.
AZXEBER.COM-un məlumatına görə, “Amkar” “Rubin”lə qarşılaşacaq.
Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov “Rubin”in heyətində debüt edəcək. Belə ki, start heyətlərinə nəzər saldıqda Ruslanı ilk “onbirlik”də görmək mümkündür.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.
“Rubin” 24 turdan sonra turnir cədvəlində 40 xalla 5-ci, onun rəqibi “Amkar” isə 24 xalla 12-ci yerdə qərarlaşıb.