Ruslan Abışov vida matçına çıxacaq

İDMAN
00:21 16.11.2023
270
Azərbaycan millisinin və "Neftçi”nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, 36 yaşlı sabiq müdafiəçi paytaxt təmsilçisinin Bakıda Rusiya "Zenit”inə qarşı yoldaşlıq oyununda meydanda olacaq.

Qeyd edək ki, noyabrın 18-də keçiriləcək "Neftçi” - "Zenit” matçı saat 21:00-da başlanacaq. 

Xatırladaq ki, R.Abışov ötən ay karyerasını başa vurduğunu açıqlayıb. "Neftçi”nin yetirməsi olan sabiq futbolçu 2006-2012 və 2017-2019-cu illərdə sözügedən klubda çıxış edib.

OXŞAR XƏBƏRLƏR