Ruslan Abışovun oynayacağı klub bəlli oldu

İDMAN
20:00 17.06.2014
1814
O, 6 ay icarə əsasında bu komandanın formasını geyinib.
Azərbaycan millisinin futbolçusu Ruslan Abışov yeni mövsümdən karyerasını ölkəmizdə davam etdirəcək.
AZXEBER.COM Apasport.az-a istinadən xəbər verir ki, Rusiyanın “Rubin” klubuna məxsus olan 27 yaşlı müdafiəçi “Qəbələ” ilə danışıqları yekunlaşdırmaq üzrədir.
Abışov bu məqsədlə artıq Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ”nin düşərgəsinə yollanıb. Çox güman ki, o, 6 ay icarə əsasında bu komandanın formasını geyinib, Avropa Liqasında əyalət təmsilçisinə kömək edəcək.
OXŞAR XƏBƏRLƏR