Türkiyədə vəfat edən bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlunun nəşi Azərbaycana gətirilib.
AZXEBER.COM xəbər verir ki, bəstəkarın nəşini yaxınları qarşılayıb.
Xatırladaq ki, bir neçə gün öncə Ruslan Əhmədoğlu ailəsi ilə birgə istirahət məqsədilə Türkiyəyə istirahətə yollanıb.
Onun dənizdə səhhəti qəfil pisləşib.
R.Əhmədoğlu dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

