Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avstriyanın Linz şəhərində keçirilən "Qran-pri"nin qalibi olub. Bu barədə AZXEBER.COM-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Milli üzvü turnirin finalında braziliyalı Ronald Limanı məğlub edib. Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) yarışı medalsız başa vurublar.