Ruslar Kiyevdə mülki avtomobili atəşə tutdular, ölənlər var

Ruslar Kiyevdə mülki avtomobili atəşə tutdular, ölənlər var
DÜNYA
09:50 05.03.2022
387
Rus terrorçuları Kiyev yaxınlığında mülki avtomobili tank pulemyotlarından atəşə tutublar.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Kiyev Rayon Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, rus işğalçılarının Kiyev yaxınlığında tank pulemyotları ilə mülki əhalinin olduğu avtomobilləri vurması nəticəsində biri uşaq olmaqla iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

İstintaqın məlumatına görə, 2022-ci il martın 4-də Kiyev vilayətinin Buçanski rayonunun Vorzel kəndindən 6 nəfər avtomobillə yola düşüb. Hərəkət zamanı onlar işğalçıların "V” hərfi ilə işarələnmiş hərbi texnika kolonnası ilə qarşılaşıb və tank pulemyotlarından onlara atəş açıblar.


OXŞAR XƏBƏRLƏR