Ruslar miqrantlara belə işgəncə verdilər - FOTOLAR

Ruslar miqrantlara belə işgəncə verdilər - FOTOLAR
SİYASƏT
14:06 07.11.2013
5581
Rusiyanın Belqorod şəhərində fəaliyyət göstərən "Restrukt" neonasist hərəkatı İnternetə qaradərili bir gənci necə təhqir etdiklərinin videosunu yerləşdirib. 
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, neonasistlər qaradərili tələbəni pedofiliyada ittiham etdikləri üçün belə cəzalandırdıqlarını iddia edirlər.Cənubi Afrika Respublikasından Rusiyaya oxumağa gələn gənci aldadaraq evə gətiriblər. Bundan sonra hamama salaraq onu ələ salıblar. Onu soyunduraraq soyuq duş altına salıblar. Sonra başını düz xətt üzrə qırxaraq qırxılmış yerə brilyant yaşılı məhlulu ("zelyonka") sürtüblər.Həmin videoda etikadan kənar sözlər və təhqiramiz ifadələr olduğuna görə yalnız bəzi kadrları təqdim edirik.
OXŞAR XƏBƏRLƏR