"İşğalçıların üç gündən çox olmayan sursat və ərzaq ehtiyatları var. Yanacaqla da vəziyyət oxşardır, onun doldurulması tankerlərlə daşınmaqla həyata keçirilir”.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, ötən gün ərzində düşmənin 9-dan çox hava hədəfi vurulub. Onarın 1 təyyarə, 6 İHA və 2 helikopter olduğu bildirilir, vurulan raketlərin sayı dəqiqləşdirilir.
Bundan başqa, Sumı vilayətinin Axtırski rayonunda Rusiya hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrini yerinə yetirməkdən imtina edərək 70 texnika ilə əməliyyat ərazisini tərk edib.