Rusların Ermənistana girişinə qadağa qoyulub? - Zaxarova açıqladı

Rusların Ermənistana girişinə qadağa qoyulub? - Zaxarova açıqladı
SOSİAL
15:19 09.07.2025
363
Rəsmi Moskva rusiyalıların Ermənistana giriş qadağasını qeyri-dost hərəkət kimi qiymətləndirir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistanla münasibətlərdə "stop list" mövzusunu tez-tez şərh etmək lazım gəlir.

"Biz Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını Rusiya-Ermənistan əməkdaşlığının müttəfiqlik xarakteri ilə ziddiyyət təşkil edən qeyri-dost addım kimi qiymətləndiririk. Bu məsələ Rusiya XİN rəhbəri Sergey Lavrovun may ayında Ermənistan Respublikasına səfəri zamanı müzakirə edilib. Ermənistan tərəfinə konkret addımlar təklif olunub, ona görə də biz İrəvanın reaksiyasını gözləyirik”, - Mariya Zaxarova qeyd edib.
OXŞAR XƏBƏRLƏR