Rüstəm 'bəyin' Namazovun çaldığı havadan xəbəri yoxdur?

Rüstəm
Siyasət
14:07 30.04.2013
2426

E.Namazov “Milli Şuranın” rəhbərliyinə ən real namizəd kimi R.İbrahimbəyovdanbaşqa birini təsəvvür etmədiyini bildirir, “kinoçu” isə “bunlar yalan və böhtandır” deyir

Prezident seçkiləri yaxınlaşdıqca ölkə müxalifətində təmsil olunan “başbilənlər”, “ziyalılar”, “milli təssübkeşlər” arasındakı mübarizə daha da qızışır. Bəzən iş o yerə çatır ki, hərə biri-birindən xəbərsiz öz havasını çalır. Ümumiyyətlə, müxalifətin bu dəfəki kampaniyası müəyyən “taktiki” dəyişikliklərlə yadda qaldı. Elə ötən ildən başlayaraq hərə düşdü ortaya, bir “qurum” yaratmağa başladı. Əvvəlcə “ziyalılar” təşkilat yaradıb bir araya gəldilər. Sonra gördülər yox, bu belə getməz. Keçdilər “EL”-ə, yəni E.Namazova. Namazov isə onun-bunun adından istifadə edib guya təşkilatlandığını camaata sırımağa çalışdı, ancaq əbəs yerə. Sonra da əlində bir “ssenari” ortaya çıxan “kinoçu” R.İbrahimbəyov başladı rola girməyə. Anti-millilik simvolu olan İbrahimbəyov bu dəfə “Milli Şura” yaratmaq ideyasını irəli sürdü. Təbii ki, cəmiyyətdə bu gün cərəyan edən bu hadisələr birmənalı şəkildə qarşılanmır. Hər kəs yaxşı anlayır ki, İbrahimbəyov, Namazov kimiləri xaricdən idarə olunur və onların səsləndirdiyi fikirlər anti-milli dairələrin maraqlarını ifadə edir.

Bu günlərdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da bütün bunlara bir daha aydınlıq gətirdi. Bildirdi ki, “El”də ordan-burdan qovulmuşlar, Rusiyanın agentləri, Azərbaycanda üç adamın yanında hörməti olmayan, yararsız rejissorlar, heç bir yerdə özünə yer qazana bilməyən adamlar toplaşıb: “Eldar Namazov, oradan-ora qovulur, buradan-bura, Rusiyanın agentidir. Guya Rüstəm İbrahimbəyov gələcək, “Milli Şura” yaradacaq. Rüstəm İbrahimbəyov kimdir axı?Olsa-olsa, yaxşı halda bir ssenarist ola bilər, o da olsa. Rüstəm İbrahimbəyov iki adama rəhbərlik etməyib, dövlət adamı deyil, dövlətçilikdə təcrübəsi yoxdur, siyasətdə təcrübəsi yoxdur...”

“Kinoçu” R.İbrahimbəyov isə nədənsə həqiqəti söyüş kimi qəbul edir. Onun sözlərinə görə, kim ki “Milli Şura”nın yaranmasını istəmir, orada axtarmaq lazımdır bu şayiələri gündəmə gətirənləri. Bu şayiələri ictimai rəyə təqdim edənlər ideyanın gerçəkləşməməsində maraqlıdırlar. Bu cür fikirlər mənə söyüşdür.”

Yəqin İbrahimbəyov “Milli Şura” ilə bağlı səslənən fikirləri unudur. Yada salaq ki, elə Rüstəm “bəyin” “əqidədaşı” Rafiq Əliyev bir müddət öncə “Milli Şura”nın yaradılması məsələsində bədgüman olduğunu bildirmişdi: “Bu məsələ ilə bağlı mən və dostlarımız çox çalışdıq. Amma gördük ki, “Milli Şurası”nın kimi uğurlu formatın yaradılması niyyəti uğursuzluğa düçar olur.”

ADP-nin sədri S.Cəlaloğlu isə qeyd etmişdi ki, “Milli Şura” ideyası elə doğulanda ölü bir ideya kimi doğulub: “Bunu cəmiyyətə “Milli Şura” kimi təqdim etmək mümkün deyil. Çünki belə qurum cəmiyyətin gözləntilərini doğrulda bilməz. Bu şəkildə bir nəfərin beyninin məhsulu kimi legitim olmayan bir struktur xalqın problemlərini çözmək iqtidarında olmayacaq və ola da bilməz. Prosesə cəlb olunanlar isə bu işdə səmimi iştirak eləmir.”

İqbal Ağazadə isə demişdi ki, “MŞ” ideyasından sovet qoxusu gəlir: “Şura” çox uyğunsuz termindir. Bu söz sovet dönəmini yada salır. R.İbrahimbəyov bir siyahı yazacaq və o siyahıda adı olanlar gəlib “MŞ” formalaşdıracaq, illərlə mübarizə aparan digər qüvvələr isə kənarda qalacaq-bu, doğru yanaşma deyil. Bu ideya o qədər də ciddi görünmür.”

Hələ bu harasıdır. Görünür Rüstəm “bəyin” Namazovun çaldığı havadan xəbəri yoxdur. Əgər belə olsaydı Namazovun fikirlərinə əks danışmazdı. Xatırladaq ki, E.Namazov bir müddət əvvəl “Milli Şuranın” rəhbərliyinə ən real namizəd kimi R.İbrahimbəyovdan başqa birini təsəvvür etmədiyini bildirmişdi. “Kinoçu” isə “Milli Şuranın” sədri və prezidentliyə namizəd olacağı haqda söhbətləri rədd edib: “Bunlar yalan və böhtandır. Partiyaların daxilində hakimiyyətin tərəfdarları var, böhtanlar da onların əməlləridir.”

Deyir, qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Namazov aləmə car çəkib ki, İbrahimbəyovu “şura hökumətinə” sədr seçəcəyik, Rüstəm “bəy” də andaman edir ki, bu yalandır.Yaşayarıq, görərik. // İki Sahil qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
Tanınmış ginekoloq vəfat etdi - FOTO
11:53 28.08.2025
Tanınmış ginekoloq vəfat etdi - FOTO
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
11:48 28.08.2025
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
11:29 28.08.2025
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
11:10 28.08.2025
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
10:57 28.08.2025
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
Məşhur meyxanaçı Azərbaycandan getdi
10:54 28.08.2025
Məşhur meyxanaçı Azərbaycandan getdi