Rüstəm İbrahimbəyov Azərbaycanda dəfn ediləcək

Rüstəm İbrahimbəyov Azərbaycanda dəfn ediləcək
SOSİAL
17:39 11.03.2022
507
Görkəmli yazıçısı, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov uzun sürən xəstəlikdən sonra 2022-ci il martın 11-də 83 yaşında Moskva şəhərində vəfat edib.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Neft və Kimya İnstitutunda, daha sonra isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisası üzrə təhsil alıb.

Bütün həyatını yaradıcılığa həsr edən Rüstəm İbrahimbəyov Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda geniş tanınıb, onun əsərləri böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Rüstəm İbrahimbəyovun əsərləri əsasında 40-dan çox bədii film və televiziya filmi, tamaşa çəkilib, "Urqa - məhəbbət dairəsi", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "Şərq-Qərb", "Səhranın bəyaz günəşi" və digər sənət əsərləri ona bütün postsovet məkanında böyük populyarlıq qazandırıb. Rüstəm İbrahimbəyovun ssenari müəllifi və rejissoru olduğu bir sıra filmlər beynəlxalq festivallarda müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycan dövləti Rüstəm İbrahimbəyovun fəaliyyətini yüksək qiymətləndirib. O, "Əməkdar incəsənət xadimi", "Xalq yazıçısı" fəxri adlarına, "Şöhrət", III dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə, Azərbaycan Respublikasının dövlət mükafatlarına layiq görülüb.

Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlətimiz tərəfindən müvafiq tədbirlər görülür.

Görkəmli yazıçı Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ