Rüstəm İbrahimbəyov: "Mən beş-altı il bundan əvvəl demişdim ki, Azərbaycanda ziyalı yoxdur”

Rüstəm İbrahimbəyov: "Mən beş-altı il bundan əvvəl demişdim ki, Azərbaycanda ziyalı yoxdur”
MARAQLI
01:25 05.11.2011
2083

"15-18 il hər şeyə dözüb, öz işimizlə məşğul ola-ola, öz işimizi-peşəmizi ən vacib iş hesab edə-edə ictimai həyata qarışmamışıq. Bu da bizim qüsurumuzdur".

AZXEBER.COM xəbər verir ki, bu sözləri dramaturq Rüstəm İbrahimbəyov "Azadlıq" radiosuna müsahibəsində deyib. Noyabrın 4-də Ziyalılar Forumunun toplantısındakı çıxışında da o bir məqama diqqət çəkdi: «15-20 ildir Azərbaycan ziyalısı susur». Forumda isə «Milli birlik: yollar və şərtlər» müzakirə olunurdu.

- Rüstəm müəllim, siz milli birliyin yolunu nədə görürsüz? - Milli birliyin yolları da çoxdur, şərtləri də. Mən ancaq onu bilirəm ki, ziyalılarımızın borcu nədir. Milli birlik yaranması üçün bizim borcumuz nədir. Borcumuz xalqın problemlərini, ağrısını cəmiyyətə çatdırmaqdır. Biz həkim deyilik, bizim imkanımız çox azdır. Bizim silahımız ancaq sözümüzdür. 15-20 ildir ki, Azərbaycan ziyalıları susurlar. Mən beş-altı il bundan əvvəl demişdim ki, Azərbaycanda ziyalı yoxdur. O mənada yoxdur ki, bir siyasi qüvvə, ictimai qüvvə kimi ziyalı təbəqəsi yoxdur, yəni yoxa yaxındır. Çünki susur. Bu milli birlik, milli həmrəylik, milli barış ona görə lazımdır ki, ədalətli, vicdanlı cəmiyyət yaradaq. Bunları əldə etmək üçün ziyalılar heç nədən qorxmadan vicdan borcunu həyata keçirməlidir, heç nədən qorxmadan! Ağız dolusu həqiqəti danışmalıdır. ​- Sizcə Azərbaycan ziyalısı 15-20 ildir niyə susur? Onu susdurublar, yoxsa könüllü halda susur? - İctimai proseslər yavaş-yavaş «xoda» salınır. Əvvəl siyasətlə məşğul olanlar çıxırlar ön sıraya. Ziyalılar isə siyasətlə məşğul olmurlar. Hamımız öz işimizlə məşğuluq. Siyasətçilərin arasında da ziyalı çox idi. Mən isə o ziyalıları deyirəm ki, siyasətdə deyillər. Hərəsi öz peşəsi ilə məşğuldur. İndi cəmiyyətimiz elə həddə çatıb ki, biz uçuruma gedirik, daha susmaq olmaz. Biz istəmirik ki, xalqımız, ölkəmiz, hökumətimiz inqilab yolu ilə uçuruma getsin. Biz danışmalıyıq. Daha biz axırıncı həddə çatmışıq. Susmaq bizim eybimizdir. 15-18 il hər şeyə dözüb, öz işimizlə məşğul ola-ola, öz işimizi-peşəmizi ən vacib iş hesab edə-edə ictimai həyata qarışmamışıq. Bu da bizim böyük qüsurumuzdur. Bunu da indi düzəltməliyik. - Necə bilirsiz, eşidəcəklərmi sizi ziyalılar? - Məni heç o maraqlandırmır. Eşidəcəklərmi, nəticəsi olacaq, olmayacaq, məqsədimizə çatacağıq-çatmayacağıq... Məni maraqlandırır mənim vicdanım. Mən bunu deməliyəm. Nə olar olar. - Forumda milli birlikdən danışanda çox şeyə toxundular: ədalətli seçkilər, korrupsiyaya... - Şərtləri çoxdur. Cavab da oldu ki, bu mühitdə seçki necə keçirilə bilər? Azərbaycanda əməlli-başlı təmiz seçki keçirilə bilməz. Camaatı pulla alacaqlar. - Nə dəyişməlidir? Sistem?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"