Rüstəm İbrahimbəyov ‘Milli Şura’nın vahid namizədi oldu - YENİLƏNİB

Rüstəm İbrahimbəyov ‘Milli Şura’nın vahid namizədi oldu -  YENİLƏNİB
SİYASƏT
12:46 02.07.2013
2301

İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov bu ayın sonunadək ölkəyə qayıdacaq. İsa Qəmbər əminliyini ifadə edib ki, Milli Şuranın namizədi ölkəyə 100 min nəfərlik mitinqədək qayıdacaq.

***

12.28

Rüstəm İbrahimbəyovun elektron imzası alınıb. İmzanı Eldar Namazov nümayiş etdirib.

***

12.17

Əli Kərimli Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib.

Milli Şura sədrinin memorandumu imzalayacağı və məsuliyyəti üzərinə götürdüyünü bəyan edəcəyi gözlənilir.

***

12.08

Vətəndaş Həmrəyliyi və Açıq Cəmiyyət partiyaları da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyiblər.

***

12.01

Əvəz Temirxan da Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib. Onun sözlərinə görə, bu, tarixi məqamdır. Əvəz Temirxan xatırladıb ki, Rüstəm İbrahimbəyov “Oskar” mükafatı laureatıdır, yüksək intellektli insandır və bu keyfiyyətlər onun ən uğurlu namizəd olduğunu göstərir.

***

11.52

Musavat.com-un məlumatına görə, vahid namizədlə bağlı müzakirələr başlayıb. Eldar Namazov vahid namizədliyə Milli Şura sədri Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb.

***

11.48

Daha sonra Hacıbaba Əzimov çıxış edib. O, Milli Şuranın memorandumunun yenidən müzakirəyə çıxarmağa cəhd edib. Lakin bu təşəbbüs Şura üzvlərinin narazılığı ilə qarşılanıb.

***

11.47

Musavat.com-un sessiyanı izləyən əməkdaşının verdiyi məlumata görə, sessiyada əvvəlcə AXCP sədri Əli Kərimli çıxış edib. Sonra Mustafa Hacıbəyli təklif edib ki, Milli Şurada mitinqlərin təşkili üçün komissiya yaradılsın.

İqtisadçı Qubad İbadoğlu deyib ki, Bakı Avropada rəsmi statusu olmayan yeganə şəhərdir. Onun sözlərinə görə, paytaxtda mer seçkiləri keçirilməlidir.

***

11.26

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyası öz işinə başlayıb. "Qafqazinfo" xəbər verir ki, sessiyanı AXCP sədri ƏLi Kərimli açıb. O bildirib ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov müəyyən səbəblərdən bugünkü sessiyada iştirak edə bilmir və onlar sədri əvəz edirlər.

Qeyd edək ki, Milli Şura üzvlərinin müzakirəsinə təqdim olunacaq gündəlik layihəsinə aşağdakı məsələlər daxil edilib:

1. İşçi qrupunun keçid dövrü və DQMŞ-in vahid namizədinin öhdəlikləri haqqında hazırladığı memorandumun qəbulu

2. DQMŞ-in prezidentliyə vahid namizədinin irəli sürülməsi

3. Azərbaycan Respublikasının Milli Məclisinə, Baş Prokurorluğuna və Mərkəzi Seçki Komissiyasına müraciət

4. DQMŞ-in prezidentliyə vahid namizədin seçki qərargahının formalaşdırılması üçün tövsiyə qərarı

5. Cari məsələlər

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir - “Kristal!”
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir - “Kristal!”
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
12:32 10.03.2026
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR
12:18 10.03.2026
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR