Rüstəm İbrahimbəyov “Qızıl portağal” mükafatçıları arasında
MARAQLI
11:23 09.10.2011
1637
Türkiyədə 48-ci Beynəlxalq Antalya “Qızıl portağal” kino festivalının açılış mərasimində azərbaycanlı kino xadimi, türk dünyasında yeganə “Oskar” mükafatı laureatı olan Rüstəm İbrahimbəyova “Şərəf mükafatı” verilib. Antalya bələdiyyəsi və Antalya Mədəniyyət-Sənət Vəqfinin (AKSAV) birgə təşkil etdikləri festivalda mükafata layiq görülənlər arasında Türkiyənin kino ulduzları Tuncel Kurtiz, Halit Akçatepe, Engin Çağlar və Məhmət Dinlər də olublar.Festival çərçivəsində ilk dəfə Azərbaycanın Mədəniyyət və Turzim Nazirliyinin TÜRKSOY-dakı təmsilçiliyinin dəstəyi ilə “Avrasiya kinosu – Azərbaycan” bölməsində mətbuat konfransı, rejissor və aktyorlarla görüş, kinematoqrafılarımızın əsərlərinin nümayişi olacaq.