Rüstəm İbrahimbəyovun 'şərəfinə'...

Rüstəm İbrahimbəyovun
12:26 29.01.2013
1767

Rüstəm İbrahimbəyovun “şərəfinə”... Ziyalılar Forumunun təsisçilərindən biri, kinodramaturq Rüstəm İbrahimbəyov demək olar ki, hər gün Azərbaycan mətbuatında ziyalı adına ləkə gətirən açıqlamalar yayır. Özünü siyasətçi hesab edən kinodramaturqun son açıqlaması isə nəinki ziyalıya, ümumiyyətlə siravi vətəndaşa yaraşmayan sözlər oldu. Rüstəm İbrahimbəyov contact.az saytına açıqlamasında deyib: “Tarix boyunca Azərbaycan rəhbərliyində eyni vaxtda bu qədər şərəfsiz, ədalətsiz, acgöz adamlar toplaşmamışdı”. İbrahimbəyovun bu açıqlaması bir daha onu sübut edir ki, bu adam artıq tamamiləyolunu azıb və ağzının danışığını bilmir. Bəzi şəxslər kino rejissoru müdafiə edir ki, o böyük şəxsiyyətdir, ona söz demək olmaz. Ancaq son açıqlaması bir daha onu göstərir ki, Rüstəm bəy illər boyu qazandığı “nüfuzu”ndan Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti əleyhinə istifadə edir. Xalqına təhqirlər yağdıran və düşmənin şəninə təriflər söyləyən İbrahimbəyov yenə də öz ampluasındadır. Sizin şərəfsiz dediyiniz hakimiyyəti Azərbaycan xalqı seçib və hər zaman xalqla, hakimiyyət arasında birlik, vəhdət olub. Bəlkə də bu ölkədə şərəfdən, ədalətdən, ləyaqətdən danışaa biləcək ən son adamlardansız. Siz bunu öz hərəkətləriniz, addımlarınızla dəfələrlə təsdiqləmisiz. Ona görə də deyirlər ki, kimdə nə yoxdursa hər zaman ondan danışır.

Bəlkə də Azərbaycanda heç kəs Rüstəm bəyin kinoyla, sənətlə bağlı açıqlamasını xatırlamır, İbrahimbəyov müxalifət partiyalarının sədrlərindən də çox mətbuata çıxır və özünü siyasətçi kimi xalqa sırımağa çalışır. Ancaq faktdır ki, Rüstəm İbrahimbəyov bu gün kimlərinsəəlində alətə çevrilib. Rüstəm İbrahimbəyovun rejissoru isə tam başqa qüvvələrdir. O qüvvələr ki, hər zaman Azərbaycan xalqına düşmən kəsilib, millətimizi, dövlətimizi parçalamağa çalışıb. Bu xalqımıza su kimi aydındır, özünüzü yormağa dəyməz bəy...

Kinodramaturq açıqlamasında həmçinin deyib: “Mənə qarşı elan olunan müharibədə günahsız qurban olan dostlarım və yaxınlarımdan üzr istəyirəm”. Əslində, İbrahimbəyovun dostları Azərbaycanın əbədi vəəzəli düşməni olan ermənilərdir. Bir müddət öncə Zori Balayanın “Daşnaksütyun” partiyası ilə bağlılığının olmadığını iddiaedən və onu müdafiə edən Rüstəm İbrahimbəyovun bu gün ermənilərlə münasibətlərini hər kəs bilir. Belə olan halda görəsən İbrahimbəyov nəyə görə ermənilərdən üzr istəyir? Bəlkə onun vicdanı sızlayır? Ancaq bu belə deyil. Çünki İbrahimbəyov bu gün istifadə olunan “kart”dan başqa bir şey deyil və o həmin qüvvələrin sözüylə oturub-durur.

İbrahimbəyov yazının sonunda qeyd edir : “Çox qalmayıb – 2013-cü ilin oktyabrında yeni prezident seçkisi olacaq. Öz siyasi ambisiyaları olmayan Ziyalılar Forumu Milli Şuranın yaradılması ideyasını irəli sürüb. Şuraya əsas demokratik qüvvələrin, partiyaların və hərəkatların nümayəndələri daxil olacaq» Bəli, Rüstəm bəy. Çox qalmayıb cəmi 8 aydan sonra Azərbaycan xalqı öz iradəsini ortaya qoyacaq. O zaman siz indi dediyiniz bütün sözlərə görə peşman olacaqsız. Əmin olun ki, hər imkanda aşağıladığınız, təhqir etdiyiniz Azərbaycan xalqı heç bir zaman sizin və sizin havadarlarınızın havasını oynamayacaq. Çünki xalqımız kimin kim olduğunu, kimə xidmət etdiyini çox gözəl anlayır.AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR