Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları partlayış baş verən Şirvan şəhərinə gedib.
APA-nın məlumatına görə, Şirvanda baş verən partlayışla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və prokurorluğun daha bir neçə əməkdaşı hadisə yerindədir.Bu gün Şirvan şəhərində baş vermiş partlayışla bağlı Azərbaycan fövqəladə hallar nazirinin iki müavini hadisə yerinə ezam olunub.
Eyni zamanda fövqəladə hallar nazirinin müavinləri, Faiq Tağızadə və Etibar Mirzəyev artıq hadisə yerindədirlər.

Qeyd edək ki, bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən ”Araz” zavodunda yanğınla müşayiət olunan partlayış baş verib.