Rüstəmxanlılar namizədlik müəmmasına aydınlıq gətirdilər

Rüstəmxanlılar namizədlik müəmmasına aydınlıq gətirdilər
SİYASƏT
16:48 17.09.2015
1710
“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu il parlament seçkilərində deputatlığa namizəd olacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə lent.az-a açıqlama verən T.Rüstəmxanlı bildirib ki, namizədliyini 42 saylı Sumqayıt ikinci seçki dairəsindən irəli sürməyi düşünür: “Hələ ki, sənədlərimi təqdim etməmişəm. Ancaq düşünürəm ki, belə olacaq. İnşallah, yaxın günlərdə açıqlayacam”.
Xanım Rüstəmxanlı həyat yoldaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının namizədliyi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, böyük ehtimalla S.Rüstəmxanlı namizədliyini geri götürəcək və seçkilərdə iştirak etməyəcək.
Qeyd edək ki, VHP sədri APA-ya açıqlamasında bildirmişdi ki, həyat yoldaşı Tənzilə Rüstəmxanlı ilə razılaşdırdıqdan sonra namizədliyini irəli sürəcək: “Mən deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm. Azərbaycanda belə bir ənənə yaranıb ki, guya ər-arvad, yəni, bir evdən iki nəfər Milli Məclisə seçilə bilməz. Buna görə də, yəqin ki, Tənzilə Rüstəmxanlı həmişə olduğu kimi sonuncu qərarında da mənə güzəştə gedəcək. Keçən dəfə də buna bənzər bir şey olmuşdu, sonda Tənzilə xanım mənə güzəştə getdi. Düşünürəm ki, bu dəfə də eyni vəziyyətdir”.
T.Rüstəmxanlı isə daha sonra mətbuatda tam tərs məzmunlu açıqlama ilə çıxış edib bildirmişdi ki, namizədliyini irəli sürməyi düşünür.
Xatırladaq ki, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır. M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...