Rüştü Rəcbər də koronavirusa yoluxdu

DÜNYA
00:49 29.03.2020
738

Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub. 

Apasport.az saytının məlumatına görə, bunu veteran futbolçunun həyat yoldaşı İşıl Recber açıqlayıb. 

O bildirib ki, 47 yaşlı Rəcbər COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib: "Ailəliklə verdiyimiz testlərdə mənim, qızımın və oğlumun analizləri neqativ çıxdı. Rəncbərdə isə pozitiv oldu. Buna görə də o xəstəxanaya yerləşdirilib”.

OXŞAR XƏBƏRLƏR